Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 355 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 231, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 59, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 11 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 954 233, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 406 362, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 005, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 942, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 924 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 660 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 134 nəfər müalicə olunaraq sağalıb, 10 182 nəfər vəfat edib, aktiv xəstə sayı 344 nəfərdir.

Ölkədə son sutka ərzində 957, hazırkı dövrədək isə 7 557 801 test aparılıb.

Azərbaycanda daha 69 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib