Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 85 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 69 nəfər isə sağalıb. Son sutka ərzində 4 nəfər koronavirusdan ölüb.

İndiyədək ölkədə ümumilikdə 829 988 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 310 nəfər müalicə olunaraq sağalıb, hazırda 456 aktiv xəstə var. Bu günə qədər 10 189 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 353, bu günə qədər isə ümumilikdə 7 562 699 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 828 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 956 416 olub.

Azərbaycanda daha 85 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb