Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 215 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 59, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 75, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 24 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 946 633, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 505, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 294, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 355, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 479 nəfər təşkil edir.

***

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 28 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, xəstəlikdən 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 828 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 090 nəfər müalicə olunaraq sağalıb, hazırda 128 aktiv xəstə var. Bu günə qədər 10 102 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 932, bu günə qədər isə ümumilikdə 7 511 832 test icra olunub.