Yoluxanlar və vaksin olunanlarla bağlı son vəziyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 251 nəfər müalicə olunaraq sağalıb, 10 265 nəfər vəfat edib, aktiv xəstə sayı 122 nəfərdir.

Ölkədə son sutka ərzində 851, hazırkı dövrədək isə 7 602 283 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 104 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 963 121, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 059, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 734, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 134, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 194 nəfər təşkil edir.