Yolu keçmək üçün keçidə düşmədi, maşın vurdu – VİDEO

Dünən axşam saatlarında Yasamal rayonunun Şərifzadə küçəsində piyadanı avtomobil vurub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza metronun “İnşaatçılar” stansiyasının keçidinin olduğu ərazidə baş verib. Piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan şəxs hadisə nəticəsində ağır xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Sosial şəbəkələrdə hadisə yerindən video yayılıb. Görüntülərdə hadisə yerinə çoxsaylı insanların toplaşması, piyadaların yolun hərəkət zolaqlarına çıxaraq nəqliyyatın hərəkətini dayandırması da müzakirələrə səbəb olub.