Yollarda görünüş məsafəsi məhdudlaşacaq – XƏBƏRDARLIQ

Martın 26-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər bəzi magistral avtomobil yollarında görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə Globalinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.