“Yol xəritəsi hazırlanıb” – Paşinyan

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan  Litva Nazirlər Kabinetinin rəhbəri İnqrida Şimonite ilə birgə brifinqdə bəyan edib.

“Vurğulamaq istərdim ki, mənimlə Azərbaycan Prezidenti arasında Brüsseldə keçirilən görüşlər zamanı Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün yol xəritəsi hazırlanıb. Bu, Qranadada imzalanan dördtərəfli bəyanatda da öz əksini tapıb”, – Paşinyan bildirib.