Ermənilər Yevlaxdan Xankəndiyə qayıtdı – YENİLƏNİB

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində görüşdə olan Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri Xankəndiyə yola düşüb.

Globalinfo.az xəbər verir ki, onların avtomobilləri artıq işğaldan azad edilmiş Ağdam şəhərinə daxil olub və Xankəndi istiqamətində hərəkət edib.

***14:11

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri Yevlaxı tərk edib.

Globalinfo.az xəbər verir ki, onlar gəldikləri marşrutla geri qayıdırlar.

***13:29

Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb.

Globalinfo.az xəbər verir ki, görüş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə keçirilib.

***11:37

Sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.

Globalinfo.az xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.

Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.

X X X

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başlayıb.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilir.