1730910411.resize

Yevlaxda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb.

Məlumata görə, hadisə zamanı “Mercedes-Benz”, “Opel”, iki VAZ markalı və daha bir avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Qəzaya düşən maşınlardan birində hərbçilər olub.

Faktla bağlı araşdırma başlanıb.

Paylaş: