baliq ov

Yevlaxda balıqçı Mingəçevir su anbarında itkin düşüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Xanabad kənd sakini Kərimov Xaləddin Sabir oğlu qayıqla Mingəçevir su anbarına balıq tutmağa gedib.

Bir müddət sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Axtarış zamanı X. Kərimova məxsus qayıq və digər şəxsi əşyalar tapılıb. Lakin balıqçının özündən hələlik xəbər yoxdur.

Xaləddin Kərimovun ailə üzvləri onun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Hazırda onun yerinin müəyyənləşdirilməsi və tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Paylaş: