347442123930374

Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul ev dustaqlığına buraxılıb.

Globalinfo.az TASS-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Nataliya Bayram məlumat yayıb.

“Yevgeniya Qutsul məhkəmə zalından dərhal azadlığa buraxılacaq. O, bu gündən etibarən 30 gün müddətinə ev dustaqlığına buraxılıb”, – vəkil bildirib.

Qeyd edək ki, Yevgeniya Qutsul martın 25-də Moldova ərazisini tərk etmək istəyərkən saxlanılıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: