“Yerli şirkətlərin tanıtım sərgisi” başladı – FOTO/VİDEO

sergi

Bu gün Bakı Ekspo Mərkəzində VI “Yerli şirkətlərin tanıtım sərgisi” baş tutub.

Globalinfo.az xəbər verir ki, sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.

Burada, həmçinin mebel və metal dekorasiya sahəsində böyük uğurlara imza atan mebel şirkətlərindən biri – “AZALİ” MMC də iştirak edərək, məhsullarını nümayiş etdirib.

Şirkətin direktoru Məhərrəm Əhmədov saytımıza danışarkən deyib ki,  “AZALİ” MMC-nin məqsədi müasir dizaynları əks etdirən layihələr həyata keçirmək, onların keyfiyyətlə bağlı gözləntilərini reallaşdırmaq, eyni zamanda müştərilərin qiymət seçimi üçün ən uyğun alternativ təklif etməkdir.

9 1

Məhərrəm Əhmədov

M.Əhmədov eyni zamanda qeyd edib ki, şirkətin əsas missiyası müasir dövrün tələblərinə uyğun keyfiyyətli və sərfəli ofis, hotel və restoran, məktəb, bağça, səhiyyə, hərbi və sair mebellərinin istehsalı və satışı ilə müştərilərin məmnuniyyətini qazanmaqdır.

7 2

Qeyd edək ki, sərgi 18, 19, 20 və 21 iyun tarixlərində keçiriləcək. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, “Kapital Bank” ASC-nin rəsmi tərəfdaşlığı ilə keçiriləcək tədbirin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini və yerli məhsulları geniş kütləyə tanıtmaq, onların yeni bazarlara çıxışını təşviq etmək, şirkətlər arasında qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.

Sərgi təkcə yerli məhsulların nümayişi üçün deyil, həm də Azərbaycan məhsullarının ixracına, xarici tərəfdaşlarla əlaqlərin qurulmasına xidmət edəcək. Bu məqsədlə sərgiyə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən ticarət palataları, biznes assosiasiyaları dəvət olunub.

999 meherrem es 5 5

2 6 6 4

Ətraflı videoda:

Zaira Akifqızı
Globalinfo.az