Yer kürəsində radiasiya qasırğası başlayıb – VİDEO

Günəş parlamasından sonra saat 22:00-dan Yer kürəsində radiasiya qasırğası başlayıb.

Globalinfo.az xəbər verir ki, gücünün 9 ballıq şkala üzrə 7-8-ə qədər olacağı və yanvarın 31-i saat 16:00-a qədər davam edəcəyi gözlənilir.

Günəş Astronomiya Laboratoriyasının məlumatına görə, radiasiya qasırğası Yerin maqnitosferinə təsir edəcək.

Qeyd edilib ki, bu, planetimizdə radio rabitəsinə, subpolyar enliklərdə isə naviqasiyaya mənfi təsir edə bilər.

Xatırladaq ki, yanvarın 29-da güclü günəş partlayışı baş verib. Onun müddəti 61 dəqiqə olub.

Partlayış və tac kütləsinin irimiqyaslı atılması Yerlə üzbəüz olan Günəş ləkəsinin sağa doğru (şəkildə) irəliləməsindən sonra baş verib.

Globalinfo.az