
Yer kürəsində zəif səviyyəli maqnit qasırğası qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
İnstitutun açıqlamasına görə, Yer kürəsinin maqnit sahəsindəki dəyişikliklər beşpilləli şkala üzrə G1 səviyyəsinə çatıb. Qeyd edək ki, bu şkalada G5 “son dərəcə güclü”, G1 isə “zəif” səviyyə sayılır.
Bundan öncə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş Astronomiyası Laboratoriyası məlumat yayaraq bildirmişdi ki, 13 aprel tarixində Günəşdən Yer istiqamətində iki iri plazma tullantısı baş verib. Mütəxəssislərin proqnozuna əsasən, 16 aprel tarixində G1-G2 səviyyəsində maqnit qasırğaları gözlənilir.
Aysel Əliyeva
Globalinfo.az