owl detail 620 64d18eb124517163efe73efc0f2e92e3

Britaniyalı qadın 13 yaşlı oğlunun ağır xəstəliyinin ilk əlamətlərini yeniyetməlik dövründə baş verən adi dəyişikliklər kimi qəbul etməsindən danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məqalə yayımlayıb.

Bildirilib ki, müəyyən şikayətlərdən sonra yeniyetmənin limfa düyünləri şişməyə başlayıb:

“Valideynləri onda infeksion mononukleoz və ya sepsis ola biləcəyindən şübhələnərək həkimə müraciət ediblər. Qan analizindən sonra ailəyə Fredin aqressiv qan xərçəngi növü olan kəskin limfoblastik leykozdan əziyyət çəkdiyi bildirilib. O, kimyaterapiya alıb, lakin 9 ay sonra həyatını itirib”.

Məqalədə uşaqlarda xərçəng zamanı müşahidə oluna biləcək əlamətlər arasında davamlı yorğunluq, solğunluq, tez-tez infeksiyalara yoluxma, uzunmüddətli qripəbənzər simptomlar, səbəbsiz göyərmə və qanaxmalar, davamlı hərarət, gecə tərləmələri, uzunmüddətli ağrılar, şişkinlik və ya bədəndə bərkimələr, səbəbsiz çəki itkisi, inkişafın ləngiməsi və davranış dəyişiklikləri qeyd olunub.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: