Yeniyetmə qız məktəbdə atəş açdı: ölənlər var – YENİLƏNİB

Rusiyanın Bryansk şəhərində məktəbdə səkkizinci sinif şagirdi atəş açıb, 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səkkizinci sinif şagirdi atasına məxsus silahla özünə qəsd edib. Yaralanan şagirdlərdən biri də ölüb.

***11:26

Rusiyanın Bryansk şəhərində 7-ci sinif şagirdi qız məktəbdə odlu silahdan atəş açıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi hadisə zamanı 3 nəfərin yaralandığını bildirib.

Hadisəni törədən 7-ci sinif şagirdi Alina A. insidentdən sonra intihar edib.