Yeniyetmə atasını ürəyindən bıçaqladı

Bakıda oğul atasını bıçaqlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

2005-ci il təvəllüdlü Elməddin Ağayev münaqişə zəminində atası, 1982-ci il təvəllüdlü Qiyamət Ağayevi ürək nahiyəsindən bıçaq xəsarəti yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib, Elməddin Ağayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.