Yeni sədr özünə müşavir təyin etdi

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov özünə müşavir təyin edib.

Globalinfo.az xəbər verir ki, bu vəzifə Nazim Talıbova həvalə olunub.

O, bundan əvvəl İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru vəzifəsində işləyib.