
“Süni intellekt bəşəriyyətin qarşısında duran əsas problemlərdən biridir”.
Globalinfo.az xəbər verir ki, bunu Romanın yeni Papası XIV Leo kardinallara ilk müraciətində deyib.
O bildirib ki, süni intellekt insan ləyaqətinin, ədalətin qorunması üçün maneə yaradır.
XIV Leo Papa Fransiskin baxışını və islahatlarını davam etdirəcəyini açıqlayıb.
“Fransisk mənə “qiymətli miras” qoyub”, – deyə Papa yekunlaşdırıb.
Qeyd edək ki, kardinalların konklavı mayın 8-də Romanın 267-ci papasını seçib. Papa Fransisk aprelin 21-də vəfat edib.
Əliyar Xəlil
Globalinfo.az