2XFXRGJ New Defence Secretary JOHN HEALEY arrives in Downing Street as UK Prime Minister Keir Starmer starts cabinet appointment 050724 CREDIT Alamy.jpg

Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili iyulun 7-də Ukraynaya ilk rəsmi səfəri zamanı raket atəşi altına düşüb.

Globalinfo.az  xəbər verir ki, britaniyalı nazirin Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Rustem Umerovla danışıqları zamanı Odessada hava hücumu xəbərdarlığı elan edilib. Buna görə də görüş iştirakçıları binalardan birinin zirzəmisinə sığınmağa məcbur olublar. Onlar yalnız yarım saat sonra, hava hücumu siqnalı ləğv edildikdən sonra sığınacaqdan çıxa biliblər.

Hili Böyük Britaniyada keçirilən parlament seçkilərində Leyboristlər Partiyasının qələbəsindən sonra – iyulun 5-də Böyük Britaniyanın müdafiə departamentinin rəhbəri təyin edilib. O, iyulun 7-də Odessaya gəlib və ölkəsinin Ukraynaya 90 ədəd Brimstone raketi, 10 ədəd AS-90 özüyeriyən artilleriya qurğusu və 250 min döyüş sursatı tədarük edəcəyini bildirib.

Paylaş: