Yeni müharibə iddiaları ərəfəsində Paşinyandan təhlükəli çıxış

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ və Laçın yoluna beynəlxalq missiyanın gətirilməsinin vacib olduğunu deyib.

Globalinfo.az xəbər verir ki, Paşinyan bunu hökumətin iclasında çıxışı zamanı deyib.

O, İrəvanın hələ də 10 noyabr üçtərəfli bəyanatına bağlı olduğunu bildirib:

“Ermənistan 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021, 31 oktyabr 2022-ci il bəyanatlarına, eləcə 6 oktyabr 4 tərəfli görüşdəki razılıqlara bağlıdır”.

Qeyd edək ki, son günlər Azərbaycanla Ermənistan arasında yeni konfliktin baş verəcəyi haqda iddialar səsləndirilir. Rəsmi Bakı razılaşmaların dəyişdirilməsi cəhdinin və revanşist meyillərin cavabsız qalmayacağını dəfələrlə açıqlayıb.

Aqşin
Globalinfo.az