Yeni kəşf: yaşlanmanın qarşısı belə alınacaq

Yaşlanma tarix boyu bəşəriyyətin mübarizə apardığı bir proses olub. Ta qədimdən insanlarda olan ölümsüzlük istəyi onları dirilik suyunun axtarışından tutmuş insan şüurunun kompüterə köçürülməsinə qədər uzanan bir səyahətə çıxardı.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, alimlərin fikrincə, yaşlanma prosesi insan hüceyrələrinin yenilənməsində olan gecikmələrlə bağlıdır.

Harvard Tibb Məktəbinin bildirdiyinə görə, alimlər hüceyrə yaşlanmasını tərsinə çevirə biləcək bir sıra maddələr kəşf ediblər. PSC adlanan bu birləşmənin kök hüceyrələrə tətbiqi zamanı təcrübəçilər hüceyrə bölünməsinin yavaşıdığını müşahidə ediblər. Alimlərin fikrincə, PSC orqanizmin bütün orqan, toxuma və hüceyrələri üzrə təcrübədən uğurla keçsə, bu kəşf tibdə yeni eranın başlanğıcı olacaq.