Yeni kadrlar yayıldı: Sülhməramlılar yenə separatçıları qoruyurlar

Rusiya sülhməramlıları növbəti dəfə öz mandatlarına zidd əməllərlə gündəmə gəliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur.

Sülhməramlılar bu dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolunda separatçılara məxsus hərbi texnikanı müşayiət ediblər.

Qeyd edək ki, artıq Rusiya sülhməramlılarının Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə məxsus texnikanın yerdəyişməsi zamanı onları qoruması – müşayiət etməsi ilə bağlı çox sayda hallar üzə çıxıb. Lakin çoxsaylı qanun pozuntularına baxmayaraq, sülhməramlılar bu qanunsuz fəaliyyətdən əl çəkmirlər.

Malik Liftiyev
Globalinfo.az