Yeni ədliyyə naziri kimdir? – DOSYE

Fərid Turab oğlu Əhmədov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

Globalinfo.az yeni nazirin dosyesini təqdim edir:

Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini bitirib. 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini başa vurub.

Daha sonra 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olmuşdur.

O, 2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Fərid Əhmədov 2006 – 2007-ci illərdə  Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.  2015-2017 – illərdə isə “Azərbaycan” Universitetinin rektoru vəzifəsini icra edib.

Daha sonra 2017-2020-ci illərdə  “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışmışdır. 2021-ci ildə isı nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib.

2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.

F.Əhmədov ingilis və rus dillərini bilir. Ailəlidir.

Əliyar Xəlil
Globalinfo.az