Yeni dövlət strategiyası yaxın aylarda təqdim ediləcək – Deputat

“Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə” dövlət strategiyası bir neçə aya təqdim olunacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa komitənin yanvarın 18-də keçirilən iclasında deyib.

“Təklif edərdim ki, buna qədər parlament səviyyəsində Mədəniyyət Nazirliyi və komitə arasında hər hansı görüş keçirilsin. Komitə üzvlərinin də fikirləri dinlənilsin”, – deputat vurğulayıb.