Ərazi boşaldılır: Rusiya yeni dəhliz açır

“Rusiya Silahlı Qüvvələrinin “Şimal” qrupu Xarkov istiqamətində irəliləyir. Avdeyevkadan Selidovoya, oradan isə Pokrovska paralel olaraq başqa bir dəhliz yaradılır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Bir çox ərazilərdə olduğu kimi, burada da Ukrayna silahlı qüvvələri öz mövqelərini kütləvi şəkildə tərk etməyə başlayıblar. Məsələn, 59-cu ayrı motoatıcı briqada öz mövqelərini tərk etdi, bu da rus qoşunlarına irəliləyiş üçün imkan yaradır. Ukrayna əsgərləri komandirlərin bütün fərariləri güllələməklə hədələməsinə cavab olaraq səngərləri tərk edirlər”, – məlumatda bildirilib.

Safura Bənnayeva
Globalinfo.az