Aleksanyandan daha bir xoşagəlməz hərəkət – VİDEO

152039

“Paris-2024”-də özbəkistanlı rəqibinə qarşı kobud davranışına görə tənqid edilən Ermənistan güləşçisi Artur Aleksanyanın daha bir hərəkəti müzakirələrə səbəb olub. 

Globalinfo.az xəbər verir ki, Aleksanyan yunan-Roma güləşində 97 kiloqram çəki dərəcəsində qızıl medal uğrunda mübarizədə iranlı idmançıya uduzub.

Mükafatlandırma mərasimində ona gümüş medal təqdim olunub. Lakin erməni güləşçi bir neçə saniyə sonra medalı boynundan çıxarıb və qalib ölkənin himnini o şəkildə dinləyib.

İdmançının prosedura zidd olaraq medalı kürsüdən enmədən çıxarması sosial şəbəkələrdə tənqidlə qarşılanıb. İdmançının hərəkəti gümüş medalı aşağılama kimi dəyərləndirilib.

Finaldan sonra yayımlanan Aleksanyanın əsəbi və kədərli olduğunu görünüb.

Ayşən Mustafa
Globalinfo.az