Yəmənə hücumlar zamanı ölənlərin sayı açıqlandı

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumları nəticəsində Yəməndə ən azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə husi üsyançılarının hərbi sözçüsü Yəhya Səri bildirib.

“ABŞ və Britaniya xalqımıza qarşı cinayətkar təcavüzünə görə məsuliyyət daşıyır və bu, cavabsız qalmayacaq”, – o deyib.