Yəmənin cənubunda silah anbarında partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” yerli hakimiyyətdəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Yəmənin cənubunda yerləşən Lahc əyalətindəki “Əl-Anad” aviabazasında partlayış səsləri eşidilib.
“Güclü partlayışlar silah anbarının partlamasından sonra baş verib. Partlayışın səbəbləri aydınlaşdırılır”, – məlumatda vurğulanıb.
Əliyar Xəlil