Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri İsrailin Ben Qurion hava limanına “Fələstin-2” tipli hipersonik ballistik raketlə hücum edildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Məshreq News” yayıb.
Səri bəyanatında bildirib ki, hücum Yəmənin Fələstin xalqına dəstəyinin bir göstəricisidir:
“Yəmən xalqı fələstinlilərin yanındadır və onların qarşısındakı borcunu yerinə yetirmək üçün bütün gücünü sərf edəcək”.
Hazırda hücumun İsrail tərəfdən təsdiqlənib-təsdiqlənmədiyi barədə rəsmi açıqlama yoxdur.
Tahir Turan
Globalinfo.az