
Yeməkdən sonra yuxulu olmaq bəzi xəstəliklərin göstəricisi ola bilər.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı həkim Natalya Leontyeva deyib.
O bildirib ki, yeməkdən sonra yüngül yuxulu olmaq təbii prosesdir:
“Bu zaman qan həzm orqanlarına axır və beyin dövranı müvəqqəti olaraq azalır. Bundan əlavə, yemək melatonin və serotonin istehsalını stimullaşdırır. Bunlar sakitlik hissi yaradan hormonlardır. Ancaq yeməkdən sonra çox yuxulu olursunuzsa, ehtiyatlı olmalısınız. Ola bilər ki, bu hal insulin müqaviməti və ya prediabetin (gizli şəkər) əlaməti olsun. Bədən qlükoza emalının öhdəsindən gələ bilmir, nəhayət şəkər səviyyəsində kəskin sıçrayışlara və yorğunluğa səbəb olur”.
Mütəxəssis həmçinin qeyd edib ki, dəmir çatışmazlığı da risklər sırasındadır:
“Bu elementin çatışmazlığı qanda oksigen səviyyəsini azaldır. Ümumiyyətlə yeməkdən sonra yuxuya getməmək üçün gündə 5-6 dəfə qidalanmağa çalışın. Həzmi yavaşladan yağlı məhsulları məhdudlaşdırın. Gəzintilər edin”.
Günay Rəsulqızı
Globalinfo.az