Yekaterinburqda həbs edilən azərbaycanlılardan xəbər var

f 0

Yekaterinburqda keçmiş illərdə qətl törəkməkdə ittiham olunan Ayaz Səfərov və Şahin Lalayev qərara etiraz ediblər.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat verib.

Əvvəllər Yekaterinburqun Lenin rayon məhkəməsi 8 azərbaycanlını – Ayaz, Akif, Məzahir, Kamal və Bakir Səfərovları, Əhliman Gənciyevi, Şahin Lalayevi və Əziz Abasovu həbs edib. Akif Səfərov da daha əvvəl həbs qərarına etiraz edib.

Həmçinin oxuyun:

Yekaterinburqda həbs olunan azərbaycanlının vəkili danışdı: bir neçə saat…

“Ayaz Səfərov və Şahin Lalayevlə bağlı vəkillərdən apellyasiya şikayətləri daxil olub”, – deyə agentliyin müsahibi bildirib.

Ayaz Səfərov və Şahin Lalayev 19 iyul həbs ediliblər.

Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də bəyanatla çıxış edərək, araşdırma aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb edilməsini tələb edib. Daha sonra XİN-ə Rusiyanın müvəqqəti işlər vəkili çağırılıb, ona baş verənlərlə bağlı kəskin etiraz bildirilib.