Ayaz Səfərov həbs edildi – FOTO

686108a45537c686108a45537d1751189668686108a45537a686108a45537b

Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrdə iştirakda şübhəli bilinərək saxlanılan üçüncü şəxs Ayaz Səfərov məhkəmənin qərarı ilə həbs edilib.

Ona da Məzahir və Akif Səfərovlar kimi məhkəmə tərəfindən 22 günlük həbs qətimkan tədbiri seçilib.

Ayaz Səfərovun üzündə hematomalar müşahidə edilib.

***

Yekaterinburq məhkəməsində iyunun 27-də saxlanılan Ayaz Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılır.

Globalinfo.az-ın məlumatına görə, APA-nın Rusiya bürosu xəbər verir ki, Ayaz Səfərov məhkəmə zalına gətirilib.

Qeyd edək ki, məhkəmə Ayaz Səfərovun qardaşları Məzahir və Akif Səfərovlar barədə 22 günlük həbs qərarı çıxarıb. Məhkəmənin qərarı ilə onlar istintaq təcridxanasına göndərilib.