sinvar 1

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının Xan-Yunis bölgəsinə endirdiyi zərbə nəticəsində HƏMAS radikal hərəkatının 2024-cü ildə öldürülmüş sabiq lideri Yəhya Sinvarın cangüdənini məhv edib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, anklavın cənubundakı Xan-Yunisdə Yəhya Sinvarın şəxsi mühafizəçisi olmuş və 2023-cü il oktyabrın 7-də HƏMAS-ın “Nuxba” xüsusi təyinatlı qüvvələrinin Reym kibutsuna hücumunda iştirak etmiş Sahil Süleyman Əbu Şahma zərərsizləşdirilib.

Mətbuat xidmətinin bildirdiyinə görə, həmin ərazidə “əlavə hücum çərçivəsində” Reymə edilən basqında “Nuxba” bölməsinin tərkibində yer alan digər HƏMAS radikalı Hazem Musa da öldürülüb.

İsrail ordusu Yəhya Sinvarın cangüdənini məhv edib - FOTO - VİDEO

“Zərbələr təhlükənin aradan qaldırılması məqsədilə həyata keçirilib. Hücumdan əvvəl dinc əhaliyə dəyə biləcək zərəri minimuma endirmək üçün müvafiq addımlar atılıb”, – deyə qurumdan əlavə bildirilib.

Xatırladaq ki, Yəhya Sinvar 2017-ci ildən etibarən Qəzza zolağında HƏMAS-a rəhbərlik edirdi. O, əvvəlki lider İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsindən sonra, 2024-cü il avqustun 6-da bütün radikal hərəkatın siyasi bürosunun sədri seçilmişdi. Sinvar 2024-cü il oktyabrın 16-da Qəzzanın cənubunda İsrail hərbçiləri tərəfindən məhv edilib.

Paylaş: