Yeddi yaşlı uşağın ölümünə səbəb olan Mehman Xəlilov haqda İNANILMAZ FAKT

Xəbər verdiyimiz kimi, Azərbaycan Cüdo Federasiyası (ACF) Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama yayıb.

ACF-dən Globalinfo.az-a verilən məlumata görə, mətbuatda gedən xəbərlərdə məşqçi kimi adı çəkilən Mehman Xəlilov cüdo məşqçisi deyil.

Bildirilib ki, adıçəkilən mütəxəssis rəsmi olaraq başqa idman növü üzrə fəaliyyət göstərib:

“Hadisənin baş verdiyi məşq də rəsmi olaraq digər idman növü üzrə keçirilib”.