6b17709e c698 4145 9dc0 dd21dc8ea849

Polşanın “Volonaut” şirkəti gələcəyin texnologiyasını xatırladan yeni uçan motosikletini – “Volonaut Airbike” modelini təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu aparat reaktiv itələmə ilə işləyir və 200 km/saat sürətə çata bilir.

Korpusun hazırlanmasında 3D çap texnologiyasından istifadə olunub. Bu da onu adi motosikletdən 7 dəfə daha yüngül edir.

Satışların yaxın zamanda başlayacağı bildirilir, lakin dəqiq tarix hələ açıqlanmayıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: