699f3d75c846a699f3d75c846b1772043637699f3d75c8467699f3d75c8469

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının “Astara” sərhəd-keçid məntəqəsindən təxliyəsi davam edir.

Globalinfo.az xəbər verir ki, 28 fevral saat 08:00-dan 1 mart 14:00-dək Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib.

İrandan Azərbaycana 18 Səudiyyə Ərəbistanı vətəndaşı, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3, İtaliyanın isə 1 vətəndaşının təhlükəsiz keçidi təmin olunub.

*** 11:02

İndiyə qədər İrandan Azərbaycan sərhədi ilə təxliyə edilənlərin sayı açıqlanıb.

Globalinfo.az xəbər verir ki, 28 fevral saat 8.00-dan 1 mart saat 10.00-dək İrandan ümumilikdə 31 nəfər – 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı təxliyə olunub.

*** 00:22

Artıq xarici vətəndaşların keçidi müşahidə olunur.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, təxliyə olunanlardan biri İtaliya vətəndaşıdır.

Qeyd edək ki, saat 00.00-dək ümumilikdə 13 nəfər təxliyə olunub. Təxliyə olunanlardan biri İtaliya vətəndası,12-i isə azərbaycanlıdır.

Onlardan 3-ü uşaqdır.

***20:36

Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib.

Globalinfo.az “Report” xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib.

Bu gün saat 08:00-dan 20:00-dək yeddi vətəndaşın Azərbaycana keçidi təmin olunub.

Daha əvvəl Azərbaycanın Xarici işlər İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.

Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Donald Tramp iranlı hərbçilərə silahı yerə qoymağı və ya ölməyi təklif edib. İsrail və ABŞ tərəfinin səhər saatlarında endirdiyi zərbələr zamanı İranın Minab şəhərində bir məktəb hücuma məruz qalıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 85 nəfər həlak olub.

Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.

Paylaş: