owl detail 620 62ec0bfaeaefc4312393c0816e242b54

“Yay aylarında bir çox insan evdə istinin daha da artmasına səbəb olan geniş yayılmış bir səhvə yol verir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “El Confidencial” nəşri Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən məlumat yayıb.

ÜST-ün mütəxəssislərinin sözlərinə görə, ən böyük səhvlərdən biri gündüz saatlarında evi havalandırmaq üçün pəncərələri açmaqdır:

“Çünki çöldəki hava evin daxilindəki havadan daha isti olur və pəncərələrin açılması istinin otağa daxil olmasına şərait yaradır”.

Bunun əvəzinə mütəxəssislər evi yalnız gecə saatlarında və ya səhər tezdən havalandırmağı tövsiyə edirlər:

“Həmçinin gün ərzində günəş şüalarının otağa daxil olmasının qarşısını almaq üçün jalüzlərin, pərdələrin və ya qapaqların bağlı saxlanılması məsləhət görülür. Bu, evin daxilində temperaturun yüksəlməsinin qarşısını almağa kömək edir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: