WhatsApp Image 2026 03 10 at 01.49.11

ABŞ Prezidenti Donald Tramp İranla bağlı son gərginlik fonunda Vaşinqtonun yaxın zamanda cavab addımları atacağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “New York Post” nəşrinə verdiyi müsahibədə deyib.

Trampın açıqlaması regionda infrastruktur obyektlərinə edilən hücumlarla bağlı xəbərlərin yayıldığı vaxta təsadüf edir. Məlumata görə, İsrailin Haifa şəhərində yerləşən neft emalı zavoduna, eləcə də Küveytdə su və elektrik təchizatı obyektlərinə zərbələr endirilib.

ABŞ lideri İran rəhbərliyini razılaşmaya gəlməyə çağıraraq bildirib ki, Tehran üçün danışıqlar aparmaq baxımından vaxt məhduddur. O, həmçinin İran parlamentinin spikeri Məhammad Baqir Qalibaf barədə də danışıb və yaxın günlərdə onun ABŞ-la əməkdaşlığa hazır olub-olmadığının aydınlaşacağını qeyd edib.

“Bunu öyrənəcəyik. Təxminən bir həftəyə sizə məlumat verəcəm”, – deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, İranda hakimiyyət strukturlarında ciddi dəyişikliklər baş verib:

“Tam bir rejim dəyişikliyi baş verib. Əvvəlki rəhbərlik artıq yoxdur və biz tamamilə yeni bir qrupla qarşı-qarşıyayıq. Hələlik onlar daha rasional davranırlar”, – Tramp vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: