Yaxın vaxtlarda Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü keçirilə bilər

“Yaxın vaxtlarda Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Mövzu Moskvada müzakirə olunub və yaxın vaxtlarda bu cür görüşün keçirilməsi imkanı var”, – deyə erməni nazir qeyd edib.