co bayden

“Bayden administrasiyası üçün Yaxın Şərqdəki sonuncu hadisələr seçkilər ərəfəsində çox xoşagəlməz vəziyyət və seçim etmək məcburiyyəti yaradıb. Münaqişə getdikcə alovlanarsa, enerji qiymətləri arta bilər”.

Bu sözləri Globalinfo.az-a politoloq Fuad Çıraqov dünyada baş verən siyasi proseslərin enerji qiymətlərinə təsirini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, onsuz da inflyasiyadan əziyyət çəkən iqtisadiyyata daha ağır zərbə vura və demokratların vəziyyətini pisləşdirə bilər:

“2020-ci ildə Trampın uduzmasında ən həlledici faktor pandemiyanın təsiri ilə iqtisadi vəziyyətin kəskin pisləşməsi olmuşdu. Ona görə də ABŞ problemin tezliklə yekunlaşmasını istəyir.

Atəşkəs olarsa, yəhudi lobbisi Bayden administrasiyasından və demokratlardan, hətta Obama administrasiyası zamanında edilənlərə görə hesab sormağa başlayacaq.

Bayden administrasiyası hakimiyyətə gələndən İrana neft satışından 80 milyard dollar qazanmasına imkan verib. Sonuncu eskalasiyadan əvvəl İranın dondurulmuş növbəti 6 milyard vəsaitindən istifadə etməyə imkan veriləcəkdi, yəqin, alınmayacaq. Bu müddət ərzində İsrail rəsmiləri dəfələrlə ABŞ-ı bunu etməməyə çağırdı, münasibətlər gərginləşdi. İsrail İranın bu vəsaitləri Yaxın Şərqdəki proksilərinə xərclədiyini deyirdi”.

F.Çıraqov hesab edir ki, Bayden administrasiyası iki od arasında qalıb:

“Bu vəziyyət demokratların təkcə qarşıdan gələn seçkilərdə deyil, uzunmüddətli perspektivdə mövqelərinə ciddi zərbə vuracaq. Hər şeyin ciddi təftiş edilməsindən qorxurlar.

Bu hadisələrin bir nəticəsi də odur ki, demokratların İranla “cici-bacı oyunu”, gizli diplomatiyası, dil tapmaq cəhdləri və ümidləri bitdi. Bu haqda mən hələ 2014-cü ildə Nüvə sazişi imzalanmamışdan bir il əvvəl, hamı “İranı bu gün vuracaqlar, sabah vuracaqlar” deyəndə rusca geniş bir məqalə yazmışdım.

web fuad chiraqov 768x456 1

Fuad Çıraqov

Bizim məsələmiz də seçkilər ərəfəsində həssas mövzu olacaq. Yəqin ki, xoşagəlməz bəyanatlar, çıxışlar və mövqelər və s. görəcəyik, amma bizim məsələ ABŞ seçkilərində uzunmüddətli təsir effekti doğuracaq potensialda deyil. İşimizi təmiz görmüşük”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: