Hakan Fidan böyük müharibənin anonsunu verdi

“Region bağlı risk getdikcə artır, sözün əsl mənasında dönüş nöqtəsindədir. Ya daha böyük müharibəyə, ya da böyük sülhə gedəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərdə həmkarı Şeyx Məhəmməd İbn Əbdürrəhmanla keçirdiyi mətbuat konfransında deyib.

“Danışıqlar nə qədər tez olarsa, o qədər yaxşıdır. Bəşəriyyət böyük sınaqdan keçir”, – nazir bildirib.