baki 9

“Yaxın Şərqdə baş verən qarşıdurma və son proseslər terror təhdidlərini artırıb. ABŞ-ın nəzarətində olan terror qruplarının Türkiyəyə mane olmaq cəhdləri müşahidə olunur”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu Yaxın Şərqdə baş verən olayların Cənubi Qafqaza və ölkəmizə sıçrama ehtimallarını şərh edərkən deyib.

Ə.Zülfüqaroğlu bildirib ki, bir sıra güclər yaranmış vəziyyətdən istifadə etməyə çalışırlar:

“Yaxın Şərqdə çoxsaylı terror qruplaşmaları var və bunlar müxtəlif dövlətlər tərəfindən idarə olunurlar. Baş verənlər təbii ki, xüsusilə bölgə dövlətlərinin təhlükəsizliyini təhdid edir və buna qarşı tədbirlər görülməlidir.

Azərbaycanın hüquq-mühafizə orqanları kifayət qədər güclüdür və ölkəmizə qarşı bütün təhdidlər aradan qaldırılır. Ona görə də Yaxın Şərqdəki terror təhdidlərinin bizim üçün hansısa təhdid yaradacağını düşünmürəm”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: