Erdogan

“Daha ədalətli bir dünya mümkündür”.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazan şəhərində XVI BRİKS Sammitinin “Outreach”/“BRİCS+” formatının ilk plenar iclasında bildirib.

Türkiyə Prezidenti deyib ki, Türkiyə Afrika və Karib hövzəsi ölkələri ilə əməkdaşlığı genişləndirir: “BRİKS ailəsi ilə də əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Yaxın Şərqdə axan qan durdurulmalıdır: “Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması bölgəmizdə sülhün açarıdır. Bu mənada Fələstini tanımayan dövlətləri Fələstini tanımağa çağırıram”.

Türkiyə Prezidenti İsrailə silah satışını dayandırmağa çağırıb.

Paylaş: