Yaxalanan İran casuslarının adları açıqlandı – YENİ SİYAHI

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər müəyyən edilərək saxlanılıb.

Globalinfo.az xəbər verir ki, saxlanılanlar – Nahid Qəhrəmanov, Rüstəm İsmayılov, Bəhruz Kərimov, Elvin Nəsirov, Samir İsayev, Nihat Xəlilov, Maarif Ağayev, Sakif Ağabalayev, Elnur Meybullayev, Rza Rzayev, Tural Vəliyev, Bəxtiyar Babaşov, Mehman Fətəliyev, Murad Abdullayev, Eldəniz Ağayev, Amal Əhmədov, Ceyhun İlyasov, Tural Həsənov, Hilal Əsədov, Nəriman Baxışov, Anar Xəlilov, İlqar Musayev, Şahin Verdiyev, Hasil Rüstəmov, İsmayıl İsmayılov, Elvin Quliyev, Ülvi Əliyev, Vüsal Alış, Nizami Əhmədov, Rahid İbişov, Mənsur Vəlişov və Rövşən Cabbarov özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparmaqla ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər.

Onlar “Kərimə” dövləti quracaqlarını bildirərək Azərbaycan Respublikasının mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etmişlər. Xarici xüsusi xidmət orqanlarının sifarişlərini həyata keçirən bu şəxslər məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə dini radikalizmi təbliğ edərək cəmiyyətdə çaşqınlıq yaratmağı planlaşdırmışlar. Araşdırmalarla müəyyən edilmişdir ki, onlar İran İslam Respublikasından məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf etmişlər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

***14:16

Dünən ölkəmizdə İranın casus şəbəkəsinə qarşı keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin adları sosial şəbəkələrdə paylaşılıb.

Globalinfo.az bildirir ki, Axar.az MOUZE Teleqram kanalına istinadla saxlanılanların siyahısını təqdim edir:

– Mehman Fətəliyev

– Bəhruz Kərimov

– Murad Abdullayev

– Vüsal Nadiroğlu

– Hacı Nahid Qəhrəmanlı

– Kərbəlayi İsmayıl İsmayılov

– Kərbəlayi Elvin Nəsirov

– Kərbəlayi Bəxtiyar Babaşov

– Kərbəlayi Hilal Əsədov

– Kərbəlayi İlqar

– Kərbəlayi Amal

– İlahiyyatçı Rza Rzayev

– Kərbəlayi Hasil

– İlahiyyatçı Mansur Vəlişov

– Kərbəlayi Nizami

– Kərbəlayi Tural Vəliyev

– Kərbəlayi Nəriman Baxışov

– Məddah Samir Salam

– Kərbəlayi Tural Həsənli

– Kərbəlayi Sakif Ağabalayev

– Kərbəlayi Şahin

– Kərbəlayi Eldəniz Ağayev

– Kərbəlayi Rövşən Cabbarov

– Kərbəlayi Elvin.

Qeyd edək ki, ötən gün baş tutan əməliyyatla bağlı rəsmi açıqlama hələ yayılmayıb.