Yasin Qaraməmmədli vəfat etdi

 

yasin

Əməkdar jurnalist Yasin Qaraməmmədli vəfat edib.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fəlsəfə və sosial fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Y.Qaraməmmədli 1 dekabr 1938-ci ildə Gürcüstanın Başkeçid (indiki Dmanisi) rayonunda anadan olub.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 7 noyabr tarixli 2419 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.