“Yaşıl Teatr”da hələ belə gecə olmayıb – FOTO

İyunun 25-də “Yaşıl Teatr”da tanınmış bədii qiraətçi Xəzər Süleymanlının musiqili poeziya gecəsi keçiriləcək.

Globalinfo.az xəbər verir ki, gecədə Xəzər Süleymanlı “Hicaz” qrupunun müşayiəti ilə Azərbaycan poeziyasının ən məşhur şeirlərini səsləndirəcək.

Bundan başqa, tədbirdə xüsusi qonaqlarda da iştirak edəcək.

Qeyd edək ki, poeziya gecəsi üçün nəzərdə tutulmuş bütün biletlər artıq satılıb.

Ayşən Mustafa
Globalinfo.az