Yasda iştirak edən qadın qəfil öldü

yas 0

Mingəçevirdə yas məclisi zamanı ölüm hadisəsi baş verib.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində yerləşən mərasim zalının önündə baş verib.

Belə ki, 1964-cü il təvəllüdlü Bəhramova Solmaz Abdulla qızı yas məclisində iştirak edən zaman ölüb. Qəfil ölümün səbəbi isə məlum deyil.

Faktla bağlı araşdırma aparılır.