e1b6d20f 1db7 3205 907d 404d395db410 850

Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Yeni il münasibətilə çıxışında deyib.

“Bir millət, iki dövlət” prinsipi ilə can Azərbaycanın sabitliyi üçün daima qardaşlarımızın yanında olduq. Bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyik”, – o bildirib.

O, həmçinin “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Paylaş: