Yaşar Əliyev vəfat etdi

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev 75 yaşında vəfat edib.

Globalinfo.az-ın Report-a istinadən xəbərinə görə, tanınmış diplomat bu gün axşam saatlarında dünyasını dəyişib.

Globalinfo.az bildirir ki, Yaşar Əliyev Ombudsman Səbinə Əliyevanın atası, deputat Siyavuş Novruzovun qayınatasıdır. Allah rəhmət eləsin.

Qeyd edək ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub.

Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.

Həmçinin Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.